• 26 May 2022
logo
Azərbaycanda qaz istehlakı və yığım səviyyəsi artıb

Azərbaycanda qaz istehlakı və yığım səviyyəsi artıb

Bu ilin yanvar-mart aylarında "Azəriqaz" İstehsalat Birliyi 3 276 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 247 mln. kubmetr çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə qaz paylayıcı şəbəkəyə verilən qazın 2 570 mln. kubmetri əhali, 706 mln. kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.

R. Əliyev onu da qeyd edib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə ümumi qaz itkiləri 7,6% təşkil edib, bu da illik müqayisədə 2,2 faiz bəndi azdır.

Bununla yanaşı, yanvar-mart aylarında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 95,4% təşkil edib (əhali – 92%, qeyri-əhali – 98%), bu da illik müqayisədə 19 faiz bəndi çoxdur.

İB rəsmisinin sözlərinə görə, hesabat dövründə "Azəriqaz" üzrə 14 738 yeni abonent qeydə alınıb, onlardan 14 002 əhali, 736-i isə qeyri-əhali abonentlərinin payına düşüb.