• 5 İyul 2025
logo
SOCAR Bakıdakı neft emalı zavodunun işini müvəqqəti dayandırır

SOCAR Bakıdakı neft emalı zavodunun işini müvəqqəti dayandırır

Aprelin 4-dən SOCAR planlaşdırılmış prosilaktik işlərinin aparılması üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlayıb.
Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, bazar ertəsi zavodda planlaşdırılmış profilaktik işlərinin aparılması üçün qurğuların bir hissəsinin işinin müvəqqəti dayandırılmasına başlanılıb. Lazim olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilməsi layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasını planlaşdırır.
İ. Əhmədov onu da əlavə edib ki, NEZ-in fəaliyyəti dayandırıldığı üçün aprelin 5-dən etibarən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi də profilaktik işlərin aparilması üçün öz fəaliyyətini dayandırıb. Qeyd olunub ki, NEZ “Azərikimya”nın əsas xammal mənbəyidir.
Hər iki müəssisənin hansı müddətə dayandırılması və NEZ-in bağlanması zamanı şirkətin Aİ-92 markalı benzin idxal etməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı I. Əhmədov açıqlama verməyib.
Xatirladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidən qurma və modernizasiya işləri aparılıb.