• 26 May 2022
logo
Aİ: Gec-tez Rusiyanın neft-qazına qarşı məhdudiyyətlər qoyulacaq

Aİ: Gec-tez Rusiyanın neft-qazına qarşı məhdudiyyətlər qoyulacaq

Avropa İttifaqı (Aİ) gec-tez Rusiyanın neft və qazına qarşı məhdudiyyətlər qoymalı olacaq.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.
O izah edib ki, sanksiyaların gücləndirilməsi Kremlə qarşı maksimum təzyiqin saxlanılması ilə bağlıdır.
“Rusiya neftinə, eləcə də qazına qarşı tədbirlərə gec-tez ehtiyac olacaq”, - Şarl Mişel qeyd edib.
Şarl Mişel həmçinin bildirib ki, Aİ Çin və digər ölkələri Qərbin Rusiyaya qarşı sanksiyalarından yan keçməyə birbaşa və ya dolayısı ilə kömək etməməyə inandırmaq üçün səylərini davam etdirəcək.