• 25 May 2022
logo
GWEC: Azərbaycan dənizdə külək enerjisi sahəsində yüksək potensiala malikdir

GWEC: Azərbaycan dənizdə külək enerjisi sahəsində yüksək potensiala malikdir

Ümumdünya Külək Enerjisi Şurası (Global Wind Energy Council, GWEC) hesab edir ki, Azərbaycan dənizdə külək enerjisi sahəsində yüksək potensiala malik olan ölkələr sırasındadır.
GWEC-in GWEC “Global Wind Report 2022” verdiyi xəbərə görə, Şura mütəmadi olaraq 46 ölkədə fəaliyyətləri izləyir.
Bu çərçivədə təşkilat qlobal külək enerjisinin inkişafı sahəsində imkanları və irəliləyişləri sənədləşdirir və müvafiq siyasət çərçivələrinin hazırlanmasında hökumətlərə dəstək verir.
Hesabatda dənizdə külək enerjisi sahəsində yeni bazarların kəşf edilməsi çərçivəsində nümunə olaraq dörd ölkə göstərilir - Şri Lanka, Azərbaycan, Avstraliya və Türkiyə. Sözügedən ölkələr dənizdə külək enerjisi sahəsində yüksək potensiala malik olan bazarlar kimi qeyd olunur.
Hesabatda Azərbaycanda bərpa olunan enejinin inkişafı, xüsusən də Xəzər dənizində külək enerjisi potensialının istifadəsi sahəsində aparılan işlər barəsində bəhs edilir.
Qeyd olunur ki, təxminən 157 GVt-lıq dənizdə külək enerjisinin texniki potensialı və elektrik enerjisinə yüksək korporativ tələbatın olması kontekstində Azərbaycanda bu sahə böyük potensiala malıkdir.