• 25 May 2022
logo
Avropada qazın qiyməti 1 200 dollardan aşağı düşüb

Avropada qazın qiyməti 1 200 dollardan aşağı düşüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 200 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
5 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 195 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,2% azdır.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.