• 25 May 2022
logo
Hava şəraiti ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini gücləndirib

Hava şəraiti ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini gücləndirib

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İB dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
“Azneft”dən verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib.
Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.