• 29 Mart 2024
logo
Azərbaycanla Koreya arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı

Azərbaycanla Koreya arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı

Azərbaycanın Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

İmzalanma mərasimi "Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi" mövzusunda keçirilən konfrans çərçivəsində gerçəkləşib.

Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Koreya Statistika Komitəsinin sədri Shin-vook Kang imzalayıb.

Memorandum çərçivəsində kadr potensialının gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, statistikanın istehsalında müasir informasiya-kommunikasiya texnologiyaların tətbiqi, məlumat mübadiləsi, birgə konfransların keçirilməsi və s. nəzərdə tutulub.