ABŞ son bir həftə ərzində Rusiyadan gündəlik neft tədarükünü 43% artıraraq 100 min barelə çatdırıb.
Rusiya mətbuatının verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov deyib.
“Birləşmiş Ştatlar avropalıları Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə məcbur etdi, halbuki onlar özləri nəinki Rusiyadan neft idxal etməyə davam etdilər, həm də son bir həftə ərzində “qara qızıl”ın tədarükünü 43% artıraraq, gündəlik 100 min barelə çatdırdılar!”, - M. Popov bildirib.
Onun sözlərinə görə, bundan əlavə, Vaşinqton öz şirkətlərinə Rusiyadan mineral gübrə ixrac etməyə icazə verib, onları zəruri mallar kimi tanıyıb.