• 21 Yanvar 2020
logo
add image
Azərbaycan və Koreya arasında statistika sahəsi üzrə yeni əməkdaşlıq sazişi imzalanacaq

Azərbaycan və Koreya arasında statistika sahəsi üzrə yeni əməkdaşlıq sazişi imzalanacaq

Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində çox önəmli addımlar atılıb.

Bunu rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi mövzusunda keçirilən konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, 2015-ci ildən başlayaraq ölkədə milli statistika sisteminin inkişafı üçün çox böyük işlər görülüb: "Dövlət başçısının tapşırığına görə, ən böyük məqsəd milli statistika sisteminin beynəlxalq standartlara çatdırılması və ən əsası Avropa standartlarına çatdırılmasıdır. Bununla bağlı Dövlət Statistika Komitəsinin müraciəti əsasında 2016-2017-ci illər ərzində müxtəlif qurumlar, o cümlədən BMT-nin Statistika Komissiyası, Avropa Statistika Komissiyası və bir sıra beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda milli Statistika sisteminin auditi keçirilib. Beynəlxalq auditlə 6 ay davam edən proses nəticəsində hesabat hazırlanıb. O hesabatda Azərbaycanın milli s tatistika sisteminin mövcud vəziyyəti və inkişaf etdirilməli olan sahələr müəyyən edilib. Bu səviyyədə ölkə qarşısında milli statistika sistemimizin ümumilikdə Avropa standartlarına uyğun olduğu rəsmən təsdiq edilib".

T.Budaqov əlavə edib ki, Azərbaycan BMT-nin təsdiq etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bununla bağlı ölkədə bir sıra tədbirlər həyata keçirilir: "Eyni zamanda Strateji Yol Xəritəsindəki hədəflərə çatmaq üçün bir sıra məsələlərdə statistik informasiya dəstəyinin göstərilməsi də xüsusi önəm daşıyır. Bununla əlaqədar Dövlət Statistika Komitəsi tərəfindən sistemli islahatlar həyata keçirilir".

T.Budaqov deyib ki, milli statistika sistemində keyfiyyət standartlarının tətbiqinə uğurla start verilib.

Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi rəsmi statistika proseslərinin istehsalında xüsusi önəm daşıyır. Görülən tədbirlər nəticəsində elektron statistik hesabatlılıq səviyyəsi respublika üzrə 95 faizi ötüb. O, yaxın zamanlarda 100 faizlik nəticəyə nail olacağına əminliyini bildirib.

T.Budaqov Koreya Statistika Komitəsi ilə əməkdaşlığın da onlar üçün böyük əhəmiyyət daşıdlğını nəzərə çatdırıb.

Komitə sədri Koreya və Azərbaycanın Statistika komitələri arasında yeni əməkdaşlıq sazişinin imzalanmasının da nəzərdə tutulduğunu söyləyib.
O, Koreyann Azərbaycana indiyədək statistika sahəsi üzrə 1,2 milyon dollar həcmində qrant verdiyini əlavə edib.