Bakı Konqres Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb.
Sənədi KOBİA tərəfindən İdarə Heyətinin sədri Orxan Məmmədov, Gənclər Fondu tərəfindən icraçı direktor Fərid Cəfərov imzalayıb.
Memorandum birinci Gənc Sahibkarlar Forumu çərçivəsində Azərbaycanın yeni başlayan sahibkarlarına dəstək məqsədilə imzalanıb.