• 3 Dekabr 2020
logo
2040-cı ilədək dünyada enerji daşıyıcılarına tələbat 30 faiz artacaq

2040-cı ilədək dünyada enerji daşıyıcılarına tələbat 30 faiz artacaq

Karbohidrogenlərin davam edən hasilatına baxmayaraq bu prosesin ətraf mühitə təsirini azalatmaq üçün səy göstərmək lazımdır.

Trend-in məlumatına görə, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional təmsilçiliyinin prezidenti Geri Cons “Energy Forward” konfransında deyib.

O bildirib ki, proqnozlara əsasən 2040-cı ilədək dünyada enerji daşıyıcılarına tələbat 30 faiz artacaq və bu, təmin olunmalıdır:

“Bununla belə iqlim dəyişikliyi bizim qarşımızda yeni tapşırıqlar qoyur”.

G.Cons bildirib ki, şirkətlər bu cür çağırışlara cavab verməlidir.