• 19 Mart 2024
logo
Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb

Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63,1 faiz artıb.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 24 min 394 Çin vətəndaşı səfər edib.

Qeyd edək ki, Azərbaycan Çinin nüfuzlu “Voyage” jurnalı tərəfindən keçirilən “Voyage Night 2019” tədbirində “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yer üzrə mükafata layiq görülüb.

Dünya üzrə geniş oxucu kütləsinə malik olan “Voyage” jurnalı Çinin ən nüfuzlu turizm və səyahət dərgilərindən biridir. Jurnalın əsas oxucuları turizm sektorunun peşəkarları və aparıcı biznes adamlarıdır.