• 20 Aprel 2024
logo
Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq

Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü ölkənin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün atdığı addımlardan biri saymaq olar.

Bunu İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari deyib.

Onun sözlərinə görə, bu təşəbbüsün gerçəkləşməsi Azərbaycanın dayanıqlı inkişafa nail olmaq üçün necə fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.

Səfir əlavə edib ki, bu təşəbbüs Azərbaycanın öz məqsədinə nail olmasına böyük töhfə verir: "Eyni zamanda Azərbaycan İtaliya arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlıq barədə qeyd etmək istəyirəm. Biz ümid edirik ki, növbəti ilin əvvəlində Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində ətraf mühit sahəsində ikitərəfli sənəd imzalayacağıq. Bu da ətraf mühitin mühafizəsinə öz töhfəsini verəcək".