• 25 Aprel 2024
logo
Biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır - Vüsal Qasımlı

Biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır - Vüsal Qasımlı

“Deloitte” şirkətinin sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən və illik dövriyyəsi 100 milyon dollardan çox olan şirkətlərin 87 faizi gəlirlərinin daha da artacağını hesab edir.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
İcraçı direktor bildirib ki, rəyi soruşulan şirkətlərin 75 faizi isə 2019-cu ildə Azərbaycanı əlverişli investisiya məkanı kimi qiymətləndirib.
Onun sözlərinə görə, bu, onu göstərir ki, biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır.
V.Qasımlı qeyd edib ki, Azərbaycan Dünya Bankının “hökumətin səmərəliliyi” göstəricisinə görə, 2007-2018-ci illərdə regionda daha çox irəliləyişə nail olub, çünki Azərbaycanda islahatlar BMT-nin dayanıqlı inkişaf məqsədlərinə, yaxşı idarəetmə və açıq hökumət prinsiplərinə uyğundur.