• 7 Dekabr 2024
logo
Azərbaycan yanvarda Türkiyə və Avropaya 1,6 mlrd. kubmetr qaz nəql edib

Azərbaycan yanvarda Türkiyə və Avropaya 1,6 mlrd. kubmetr qaz nəql edib

Bu ilin yanvar ayında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 2,2 mlrd. kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda 1,2 mlrd. kubmetr qaz hasil edilib.
Məlumata görə, yanvar ayında SOCAR 0,7 mlrd. kubmetr qaz istehsal edib.
Ümumiyyətlə 2022-ci ilin yanvar ayında ölkədə 4,1 mlrd. kubmetr təbii qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 2 mlrd. kubmetr təşkil edib. Türkiyəyə təqribən 0,8 mlrd. kubmetr, Avropaya təqribən 0,8 mlrd. kubmetr, Gürcüstana isə 0,4 mlrd. kubmetr qaz ixrac edilib.
Qeyd edək ki, yanvarda Türkiyəyə Trans-Anadolu boru kəməri vasitəsi ilə 0,5 mlrd. kubmetrdən çox qaz nəql olunub.