Rusiyanın S7 aviaşirkəti ölkənin müxtləlif şəhərlərindən Bakıya yeddi reys üzrə uçuşları ləğv edib.
Şirkətin verdiyi məlumata görə, Mineralnıye Vodı-Bakı-Mineralnıye Vodı (S7 6641 / S7 6642), Novosibirsk-Bakı-Novosibirsk, (S7 5571 / S7 5572), Samara-Bakı-Samara, (S7 6463 / S7 6464), Həştərxan-Bakı-Həştərxan, (S7 6465 / S7 6466), Volqoqrad-Bakı-Volqoqrad, (S7 6467 / S7 6468), Krasnodar-Bakı-Krasnodar, (S7 6459 / S7 6460), Mahaçqala-Bakı-Mahaçqala, (S7 6587 / S7 6588) reysləri ləğv olunub.
Qeyd edək ki, bundan əlavə, S7 Avstriya, Ermənistan, Bolqarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Qazaxıstan, Kipr, Qırğızıstan, Moldova, Tacikistan, Fransa, Misir, Tayland, Cənubi Koreya, Türkiyə, BƏƏ, Özbəkistana 100 beynəlxalq reysi ləğv edib. Ən çox reys Tacikistana və Özbəkistan istiqamətində ləğv olunub.