Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 227 557 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 64,3 dəfə çoxdur.
ARDNF-dən verilən məlumata görə, o cümlədən, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.03.2022 tarixinə) 22 172 min dollar olub, bu da 6,3 dəfə artım deməkdir.
Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 779 mln. dollar (01.03.2022 tarixinə) təşkil edib.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.