Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 600 ABŞ dollarını ötüb.
2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 607 dollar təşkil edib, bu da gün ərzində 15% artım deməkdir.
***
09:16
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 480 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
1 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 476 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 30,3% çoxdur.
Qeyd edək ki, gün ərzində Avropada qazın qiyməti 1 470 dollara kimi yüksəlib.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.