• 6 Dekabr 2024
logo
Təhlükəli qeyri-qida məhsullarının qorunması üçün dövlət proqramı hazırlanır

Təhlükəli qeyri-qida məhsullarının qorunması üçün dövlət proqramı hazırlanır

Təhlükəli qeyri-qida məhsullarının qorunması məqsədilə 2022-2025-ci illəri əhatə edəcək dövlət proqramı hazırlanır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, söhbət texniki tənzimləmə və standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına yönələn dövlət proqramından gedir.
"Bu sahədə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunan çoxsaylı qurumlar var və biz bazarda müşahidələr apararkən görürük ki, həmin o akkreditasiya orqanları sertifikatlar verərkən müvafiq qanunvericiliyə əməl etmirlər. Bu da o deməkdir ki, nəticədə onlara verilən sənədlər təhlükəsizliklə bağlı real mənzərəni əks etdirmir və bu, hesab edirik, kifayət qədər təhlükəli bir prosesdir. Bu, həm bizim vətəndaşlarımızın həyat və sağlamlığına birbaşa təhlükə yaradan məsələlərdir, həm də ümumiyyətlə keyfiyyət sahəsində dünya təcrübəsinin bərqərar olunması üçün mənfi tendensiyadır. Bununla əlaqədar tərəfimizdən tədbirlər planı hazırlanır. Tədbirlər planında bizim yanaşmamız hüquq-normativ bazanın imkan verdiyi tədbirlərin tətbiq olunması və ictimai qınaq nöqteyi-nəzərindən bu sertifikasiya orqanlarının ictimaiyyətləşdirilməsidir",- deyə M. Abbasbəyli qeyd edib.