• 5 İyul 2025
logo
Avro manata qarşı 21 aylıq minimuma enib

Avro manata qarşı 21 aylıq minimuma enib

Bu gün avronun (EUR) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi daha 0,7% enərək 1,8950 manat təşkil edib. Bu, 2020-ci ilin 2 iyun tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyunun 2-də qeydə alınıb – 1,8914 manat. Ötən il yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 9,5% ucuzlaşıb.
Ukrayna böhranı və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları fonunda, avro zəifləyib. Belə ki, yeni sanksiyalar nəticəsində ABŞ dolları və Yaponiya yeninə artan tələbdən sonra avronun dollara qarşı məzənnəsi 0,9% azalaraq 1,1165 dollara, Yaponiya yeninə nisbətdə isə 0,85% azalaraq 129,15 yenə enib. Hazırda investorlar daha çox dollara sığınır və bu da ona artan tələbi şərtləndirir.
Qeyd edək ki, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, avronun dollar qarşısında dəyərsizləşməsi AZN-EUR cütlüyündə də eyni nəticəyə gətirib çıxarıb.