• 26 Yanvar 2021
logo
Ramin Quluzadə: Azərbaycanda idarəetmədə informasiya texnologiyaları və innovasiyaların tətbiqi genişlənir

Ramin Quluzadə: Azərbaycanda idarəetmədə informasiya texnologiyaları və innovasiyaların tətbiqi genişlənir

Regionun ən vacib tədbirlərindən birinə çevrilmiş ənənəvi “Bakutel 2019” sərgisi mütərəqqi texnoloji nailiyyətlərin və innovasiyaların təşviqi, işgüzar əlaqələrin qurulması və təcrübə mübadiləsinə xidmət edən platforma rolunu oynayır.

Trend-in məlumatına görə, bunu Rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Bakutel 2019 – Telekommunikasiyalar, innovasiyalar və yüksək texnologiyalar” beynəlxalq sərgisində deyib.

Nazir bildirib ki, Dünya Bankının “Doing Business 2019” hesabatında 10 ən islahatçı dövlət sırasına daxil olub.

Onun sözlərinə görə, struktur islahatları iqtisadi inkişafın yeni məqsədlərinə uyğunlaşıb və ölkədə yeni innovativ ekosistem yaradılıb:

“Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafının strateji yol xəritəsi”nə uyğun olaraq dövlət başçısı tərəfindən “Hökumət buludu” konsepsiyası təsdiq edilib. Bu konsepsiya dövlət idarəetməsində bulud texnologiyalarının tətbiq olunması üçün geniş imkanlar yaradır”.