• 7 Dekabr 2023
logo
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu barədə qərar Nazirliyinin nümayəndələri ilə “Quşçular Cəmiyyəti” İctimai Birliyi arasında görüşdə qəbul olunub.
Qərara əsasən “Quşçular Cəmiyyəti”nin adı dəyişdirilərək “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” adlandırılıb.
Qurumun nizamnaməsinə dəyişikliklər təsdiq edilib. Səsvermə nəticəsində Mürvət Həsənli Assosiasiyanın sədri seçilib, assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb, birliyə yeni üzvlər seçilib.
Qeyd edək ki, İctimai Birliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək.