• 29 Noyabr 2023
logo
Qiymət artımı ticarət əlavələri hesabına sabitləşdiriləcək

Qiymət artımı ticarət əlavələri hesabına sabitləşdiriləcək

Qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsi nəzərdə tutulur.
Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, əsas ərzaq məhsullarının qiymət artımının bazar iqtisadiyyatına uyğun qaydalarla - ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.
Sərəncamda deyilir ki, əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər on beş gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.