• 12 İyul 2025
logo
Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı kəskin artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycanda küləklə işləyən stansiyalar 6,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 25,6% azdır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvarda günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 3,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+60%).
Xatırladaq ki, ötən il ölkədə küləklə işləyən stansiyalar 89 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da illik müqayisədə 6,7% azdır. 2021-ci ildə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 54,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+18,3%).