• 4 Dekabr 2023
logo
Azərbaycan yanvarda "OPEC+" öhdəliyini 112% yerinə yetirib

Azərbaycan yanvarda "OPEC+" öhdəliyini 112% yerinə yetirib

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub.
Energetika Nazirliyindən verilən məlumata görə, hasil olunan həcmlərin 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib.
Beləliklə, Azərbaycan yanvarda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 112% yerinə yetirib.
Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulurdu.