• 29 Noyabr 2023
logo
Nazir deputatları yeni subsidiya mexanizmi barədə məlumatlandıracaq

Nazir deputatları yeni subsidiya mexanizmi barədə məlumatlandıracaq

Sabah kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə Milli Məclisdə dinləmə keçiriləcək.
“Aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqi” ilə bağlı dinləmədə nazir yeni subsidiya mexanizmi ilə bağlı təqdimat edəcək.
Dinləmə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və Aqrar siyasət komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.