“Qobu” Elektirik Stansiyası son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərinizə çatdırım ki, Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılıb. Bəllidir ki, bu cür böyük enerji obyektlərinin inşası və istifədəyə verilməsi üçün zaman lazımdır. Bütün bunlara rəğmən Azərbaycan çox qısa zaman ərzində bu cür nəhənf enerji obyektlərinin tikintisini başa çatdırdı ki, bu da dövlətimizin geniş imkanlara sahib olmasına dəlalət edir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov səsləndirib.
Qeyd edək ki, ölkəmizdə cəmi 87 ədəd yarımstansiya mövcuddur ki, bunun da 83 faizi istismar müddətini iki dəfədən artıq keçib. “Qobu” yarımstansiyasını nəzərə almasaq, son illərdə Azərbaycanda 1 ədəd 500, 1 ədəd 330, 2 ədəd 220, 10 ədəd 110 kV-luq yarımstansiyalar yenidən qurulub. 1 ədəd yeni 220 kV-luq Böyükşor yarımstansiyası tikilib. 1 ədəd 500, 2 ədəd 220, 5 ədəd 110 kV-luq yarımstansiyalarda yenidənqurma işləri davam edir.
Millət vəkili əlavə edib ki, ölkədə əhalinin sayı artır və bu da enerjiyə tələbatı yüksəldir: “Bu da enerji sahəsinin daim inkişafda olmasını zəruri amilə çevirir. Bu və sürətlə gedən sənayeləşmə prosesinin nəzərə alınaraq gələcəkdə də enerjiyə tələbatın yüksək səviyyədə ödənilməsi əsas vəzifələrdəndir. Yenilənmə prosesi həm də gələcəyə hesablanıb və bu sahədə gözlənilən riskləri ardan qaldırır”.
A.Hüseynovun fikrincə , 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığının artmasına xidmət edir: “Azərbaycan artıq elektirik enerjisi ixrac edən ölkədir. Bizim ciddi maliyyə texniki imkanlarımız var ki, bu da enerji sahəsində də nəhəng layihələrin həyata keçirilməsinə imkan yaradır”.
Millət vəkili diqqətə çatdırıb ki, bu həm də Bakı və Abşeron yarımadasının enerji təhcizatının Mingəçevir enerji generasiya mərkəzindən asılılığını azaldacaq: “Bilirisniz ki, 2018-ci ildə Mingəçevir Elektirik Stansiyasında baş verən qəzadan sonra Azərbaycan iqtisadiyyatına zərər dəydi. Hesab edirəm ki, həyata keçirilən layihələrlə bu risklər də minimuma enir. Onu da nəzərinizə çatdırım ki, işğaldan azad edilmiş ərazilərimizdə enerji tələbatı gələcəkdə təqribən 300 meqavat təşkil edəcək. “Qobu” Elektrik Stansiyasının əhəmiyyəti bu baxımdan da strateji önəm daşıyır”.
Əli Zülfüqaroğlu