“Azərbaycan Beynəlxalq Bankı” (ABB) Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi ilə əlaqədar Maliyyə Nazirliyi və Mərkəzi Bankın ABB-nin özəlləşdiriliməsi sahəsində vəzifələri ləğv olunub.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Qeyd edək ki, dövlət başçısının 22 sentyabr 2021-ci il tarixli fərmanına əsasən, ABB Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib və ABB ilə bağlı vəzifələrin də həyata keçirilməsi Azərbaycan İnvestisiya Holdinqinə həvalə olunub.
Bununla əlaqədar "Azərbaycan Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanında uyğunlaşdırma xarakterli dəyişiklik edilib. Beləliklə, Maliyyə Nazirliyinin ABB-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Mərkəzi Bankın ABB-nin özəlləşdirməqabağı sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək vəzifələri ləğv olunub.