Azərbaycanın istehlak bazarında strateji əhəmiyyətli malların siyahısı hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Eyni zamanda Nazirlər Kabineti 3 ay müddətində dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.