Türk İnvestisiya Fondunun kapitalı 1 milyard dollar olacaq.
Bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev İstanbulda təşkilatın Ağsaqqallar Şurasının iclasında bildirib.
O qeyd edib ki, məbləğin 500 milyonu üzv dövlətlər tərəfindən qarşılanacaq, qalan 500 milyon dollar isə xarici qaynaqlardan formalaşacaq: “Bu fond, şübhəsiz ki, ölkələrimiz, onların kiçik və orta biznesləri üçün mühüm imkanlar yaradacaq. Digər mühüm alət çoxtərəfli azad ticarət sazişidir. İnanıram ki, bu, Türk Dövlətləri Təşkilatı ölkələri üçün transərhəd maneələri aradan qaldırmağa imkan verəcək və bölgəmizə daha çox sərmayənin cəlb edilməsini təşviq edəcək”.