• 21 Oktyabr 2020
logo
Azərbaycan neftinin qiyməti dəyişdi

Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 67,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,98 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.