• 29 Noyabr 2023
logo
Nazir: "Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir"

Nazir: "Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir"

"Məşvərət Şurası öz vəzifələrini tam yerinə yetirir və Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir".
Bu barədə Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısından sonra keçirilən mətbaut konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, iclas zamanı CQD-nin əhatə darəsinin genişlənməsi və digər Avropa ölkələrinə də yönəldilməsi məsələsi geniş müzakirə olunub: "Bu istiqamətdə də işlər aparılacaq".
Bundan əlavə görüş zamanı yaşıl enerjiyə keçid kimi mövzular müzakirə olunub.