Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson energetika naziri Pərviz Şahbazov ilə görüşüb.
Bu barədə “Twitter”də paylaşım edib.
“Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ilə enerji sahəsində əməkdaşlıq haqqında çox yaxşı müzakirə apardıq. Biz həm qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində tərəfdaşlığımızı gücləndirməyə razılaşdıq”, - paylaşımda deyilir.