• 29 Noyabr 2023
logo
Azad olunan ərazilərdə 10 investisiya layihəsi təqdim olunub

Azad olunan ərazilərdə 10 investisiya layihəsi təqdim olunub

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarların sayı 1 000-nə çatıb ki, onların 300-dən çoxu xarici ölkələrdən daxil olan müraciətlərdir.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, xarici ölkələrdən daxil olan müraciətlərin 60-dan çoxu Macarıstandan gələn müraciətlərdir.
"Bura həm investisiya, həm də podradçı layihələri daxildir. Hazırda artıq real olaraq işğaldan azad olunan ərazilərdə 10 investisiya layihəsi hazırlanıb. Keramika istehsalı, tütün istehsalı, şərab istehsalı kimi layihələr təqdim olunub. Bu layihələri biz kataloq formasında həmkarlarımıza təqdim edirik",- deyə Y. Abdullayev qeyd edib.