Macarıstan və Azərbaycan arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün imkanlar və əsaslar çoxdur.
Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında bildirib.
O, ticarət həcminin ötən il 21 faiz artdığını, Macarıstanın ən böyük bankının Azərbaycanla fəaliyyət göstərdiyini, Macarıstanın ən böyük şirkətlərinin Azərbaycana aktiv şəkildə sərmayə yatırdığını vurğulayıb.
“Azərbaycanla ikitərəfli əməkdaşlığımız ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. SOCAR və enerji şirkətimiz arasında danışıqlar gedir. Ümid edirik ki, növbəti il Azərbaycan qazının Macarıstana nəqlinə nail ola biləcəyik. Bunun üçün imkanlar var. Hökumətlərimiz aktiv işləyir”, - XİN başçısı qeyd edib.