• 11 Dekabr 2023
logo
AZAL Bakı ilə Aktau arasında uçuşlara başlayır

AZAL Bakı ilə Aktau arasında uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) uçuşların coğrafiyasını genişləndirib. Fevralın 18-dən aviadaşıyıcı Bakı-Aktau-Bakı marşrutu üzrə birbaşa reyslər açır.
AZAL-dan verilən məlumata görə, Bakıdan Aktau şəhərinə uçuşlar çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.