SOCAR karbamid zavodunun dekabrın ilk yarısında tam gücü ilə işləyəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.
O bildirib ki, dekabrın 1-dək karbamid istehsalı 125-130 min ton, ixracı 100 min ton təşkil edəcək:
“Karbamid istehsalının orta aylıq göstəricisi 50 min tondur, bu, sutkada təxminən iki min tona bərabərdir”.
X.Cəfərov əlavə edib ki, gələn il karbamid istehsalı 600-650 min tona, ixracı 500-550 min tona çata bilər.