• 20 Aprel 2024
logo
Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması üçün iş aparlır

Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması üçün iş aparlır

İşğaldan azad edilmiş ərazilərin qazlaşması sahəsində hazırkı mərhələdə yalnız layihələndirmə işləri aparılır.
Bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ilk növbədə Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılmasından söhbət gedir.
“Layihələndirmə işləri başa çatdıqdan və maliyyələşmə məsələsi həll olunduqdan sonra qazlaşdırma aparılacaq”, - T. Cəfərov qeyd edib.