• 26 Aprel 2024
logo
Elman Rüstəmov inflyasiyanın builki səviyyəsini açıqlayıb

Elman Rüstəmov inflyasiyanın builki səviyyəsini açıqlayıb

Bu il inflyasiya hədəf diapozonunun yuxarı həddində olacaq.
Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Sədr bildirib ki, bu inflyasiyanın 6,6-7,5 dəhlizində formalaşacağı gözlənilir.
Onun sözlərinə görə, 2023-cü ildə inflyasiya hədəf diapozonunun mərkəzinə qayıdacaq.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub. Bundan əlavə, bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib ki, bu da yeni tarixi maksimumdur.
Xatırladaq ki, AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.