• 25 Aprel 2024
logo
AMB uçot dərəcəsini yüksəldib

AMB uçot dərəcəsini yüksəldib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqda qərar qəbul edib.
Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.
Uçot dərəcəsi 7,25-dən 7,5%-ə, faiz dəhlizinin aşağı həddi 6%-də, faiz dəhlizinin yuxarı həddi isə 8,25%-dən 9%-ə yüksəldilib. Bu, 2022-ci ildə maliyyə requlyatorunun uçot dərəcəsinin artırılması üzrə birinci qərardır.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub. Bundan əlavə, bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib ki, bu da yeni tarixi maksimumdur.
Xatırladaq ki, AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.