• 24 Aprel 2024
logo
Avronun manata qarşı məzənnəsi 20 aylıq minimuma enib

Avronun manata qarşı məzənnəsi 20 aylıq minimuma enib

Yanvarın 28-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,6% enərək 1,8958 manat təşkil edib. Bu, 2020-ci ilin 2 iyun tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyunun 2-də qeydə alınıb – 1,8914 manat. Ötən il yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 9,5% ucuzlaşıb.
FED-in faiz dərəcələrini martda qaldıracağı açıqlaması fonunda, ötən gün ABŞ dollarının indeksi (dolların əsas valyutalar səbətinə nisbətən dəyərinin indeksi) 2020-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çataraq 97,299 bənd təşkil edib.
FED-in sədri Cerom Pauel son açıqlamasında bildirmişdi ki, artan inflyasiya fonunda faiz dərəcəsinin 50 baza bəndi (0,5 faiz bəndi) yüksəldilməsi istisna olunmur. Hazırda FED-in federal kredit vəsaitləri üzrə faiz dərəcəsi illik 0%-0,25% səviyyəsindədir. Bundan əlavə, ABŞ-da inflyasiyanın pikə nə zaman çatacağının bilinməməsi FED-in faiz artımları ilə nə qədər irəli gedəcəyini də qeyri-müəyyən saxlayır.
Qeyd edək ki, manatın məzənnəsinin dollara qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, dolların indeksində baş verən dəyişiklər analoji şəkildə manatın məzənnəsini də dəyişir.