• 29 Mart 2024
logo
Azərbaycanda radiotezliklərin istifadəsinə dair yeni tarif metodikası hazırlanıb

Azərbaycanda radiotezliklərin istifadəsinə dair yeni tarif metodikası hazırlanıb

Azərbaycanda radiotezliklərin istifadəsi üzrə yeni tarif metodikası hazırlanıb.
Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu metodika hansısa avadanlığa deyil, bütövlükdə tezlik resurslarının istifadəsinə bağlanır.
"Burada həm coğrafi amillər də var. Misal olaraq eyni tarifli həm Bakı şəhərinə, həm də regionlara tətbiq olunması hesab edirik ki, ədalətli deyil. Bununla yanaşı ümumiyyətlə tənzimləmə alətlərinə baxsaq, görərik ki, xaotik baş verir. Biz tezlikləri verilməsindən danışırıq, amma tezliyini geri alınması ilə bağlı hər hansı bir səlahiyyətimiz yoxdur. Və yaxud da tezlikdə qeyri-qanuni istifadə edən istifadəçilərə dair cərimələr bəlli deyil. Bütövlükdə bu məsələlərlə bağlı artıq konkret qanunvericilik hazırlanıb",- deyə R. Rüstəmov qeyd edib.