• 29 Mart 2024
logo
Bakı-İstanbul marşrutu üzrə təxirə salınan üç reysin sərnişinləri yola düşüb

Bakı-İstanbul marşrutu üzrə təxirə salınan üç reysin sərnişinləri yola düşüb

Bakı-İstanbul marşrutu üzrə təxirə salınan hər üç reysin sərnişinləri təyinat hava limanına “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ən böyük geniş füzelyajlı təyyarəsi olan "Airbus A340" ilə yola düşüblər.
AZAL-dan verilən məlumata görə, şirkətin İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri eyni təyyarə ilə Bakıya qayıdacaqlar.
Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.