• 24 Aprel 2024
logo
Avropada qazın qiyməti 1 100 dollardan aşağı səviyyədə qərarlaşıb

Avropada qazın qiyməti 1 100 dollardan aşağı səviyyədə qərarlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarına yaxınlaşıb.
25 yanvar tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 1 086,6 dollar təşkil edib, bu da öncəki hesablama qiymətinə bərabərdir.
Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.