• 26 Aprel 2024
logo
Qubadlı, Zəngilan və Füzulidə gömrük postları yaradılıb

Qubadlı, Zəngilan və Füzulidə gömrük postları yaradılıb

İşğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün Qubadlı rayonu ərazisində “Qubadlı”, Zəngilan rayonu ərazisində “Qazançı” və Füzuli rayonu ərazisində isə “Füzuli beynəlxalq hava limanı” gömrük postları yaradılaraq istifadəyə verilib.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev " Twitter" hesabında yazıb.