• 28 Mart 2024
logo
Azərbaycan ötən il Türkiyə və Avropaya 17 mlrd. kubmetrədək qaz ixrac edib

Azərbaycan ötən il Türkiyə və Avropaya 17 mlrd. kubmetrədək qaz ixrac edib

Ötən il Azərbaycandan Avropaya 8,15 mlrd. kubmetr təbii qaz ixrac edilib.
SOCAR-dan verilən məlumata görə, 2021-ci ildə Azərbaycandan Türkiyəyə 8,5 mlrd. kubmetr qaz ixrac edilib.
Beləliklə, qeyd etmək olar ki, ümumilikdə ötən il Azərbaycandan Türkiyə və Avropaya 16,65 mlrd. kubmetr qaz ixrac edilib.
Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənubi Qafqaz, Ttans-Anadolu (TANAP və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql olunaraq çatdırılır. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti olan TAP ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur.
Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanan Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.