• 18 May 2022
logo
"Brent" neftinin qiyməti 2014-cü ildən ilk dəfə 88 dolları ötüb

"Brent" neftinin qiyməti 2014-cü ildən ilk dəfə 88 dolları ötüb - YENİLƏNİB 

Dünya bazarlarında neftin qiyməti artmağa davam edir. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 2014-cü ilin oktyabr ayından ilk dəfə olaraq 88 ABŞ dollarını ötüb.
"Brent"in qiyməti Bakı vaxtı ilə saat 11:50-də 1,79% artaraq 1 barelə görə 88,03 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,17% artaraq 85,11 dollar təşkil edib.
***
09:19

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0,96% artaraq 1 barelə görə 87,31 dollar təşkil edib. "Brent"in qiyməti 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,27% artaraq 84,36 dollar təşkil edib.