• 22 Yanvar 2022
logo
Banklar valyuta hərracında 113 mln. dollar cəlb edib

Banklar valyuta hərracında 113 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-nin verdiyi xəbərə görə, hərracda tələb 113,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (6 yanvar 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 0,9% azalıb.