• 21 Yanvar 2022
logo
Horadiz-Ağbənd dəmir yolunun bir hissəsi istifadəyə verilib

Horadiz-Ağbənd dəmir yolunun bir hissəsi istifadəyə verilib

Horadizdən başlayaraq Ağbənd istiqamətinə dəmir yolu xəttinin çəkilişi sürətlə davam edir.
Trend AzTV-yə istinadən xəbər verir ki, artıq xəttin 23 kilometrlik hissəsi hazırdır. Qatarlar həmin istiqamətdə hərəkətə başlayıb. Bu qatarlarla yolun tikilməkdə olan hissəsi üçün materiallar daşınır.
Xatırladaq ki, Horadizdən başlayaraq Ağbəndə qədər çəkiləcək dəmir yolu xəttinin ümumi uzunluğu 110 kilomertrdir. Yolun keçdiyi ərazilər minalardan tam olaraq təmizlənib və yolboyu su ötürücüləri, körpülər hazırlanıb, torpaq-yataq işləri görülüb. Hazırda Horadizdən başlanan dəmir yol xəttinin Zəngilan istiqamətinə qədər hazır olan hissəsi ilə qatarlar rahat hərəkət edir. Artıq yolboyu stansiyaların da tikintisi aparılır.
Hazırda Mərcanlı və Mahmudlu stansiyalarının tikintisi davam etdirilir.