• 27 İyul 2024
logo
Türkmənistanda birinci Xəzər iqtisadi forumuna hazırlıqlar davam edir

Türkmənistanda birinci Xəzər iqtisadi forumuna hazırlıqlar davam edir

Türkmənistanda bu ilin avqustunda avqustunda keçiriləcək birinci Xəzər iqtisadi forumuna hazırlıqlar davam edir.
Trend bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.
Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində Avaza turizm kurortunda keçiriləcək forumda birgə investisiya layihələri və proqramların icrası, xüsusi azad iqtisadi zonaların yaradılması məsələləri, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, sahilyanı dövlətlərin regionları arasında əməkdaşlığlın inkişafı, birgə müəssisələrin yaradılması məsələləri müzakirə olunacaq.